Dədə Qorqud yaşayış massivinə gedən yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Dədə Qorqud yaşayış massivinə gedən yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
# 22 yanvar 2021 14:11 (UTC +04:00)

Yanvar ayının 22-dən 23-nə keçən gecədən etibarın Zığ-Hava Limanı avtomobil yolundan Dədə Qorqud yaşayış massivinə doğru gedən yolda aparılacaq təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən APA-ya verilən məlumata görə, məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.

Alternativ olaraq sürücülər Zığ-Suraxanı yolundan istifadə edə bilərlər.

Yarana biləcək müvəqqəti narahatlığa görə AAYDA vətəndaşlardan üzr istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR