Ziya Bünyadov prospektində ağacların kəsilməsi ilə bağlı araşdırma aparılır

Ziya Bünyadov prospektində ağacların kəsilməsi ilə bağlı araşdırma aparılır
  • Clock-gray 13:51
  • calendar-gray 02 Aprel 2021

Bakı şəhəri, Ziya Bünyadov prospekti 1 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan məlumat Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb. 

APA-nın məlumatına görə, xidmətin rəsmisi Vaqif Cavadov bildirib ki, araşdırma zamanı fakt təsdiqini tapıb, ərazidə çinar, şam və leylandr ağaclarının kəsildiyi müəyyən edilib. 

“Hazırda ağac kəsənlərin tapılması və təbiətə dəymiş ziyanın məbləğinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır”,-deyə V.Cavadov bildirib.

Əsmər Qabil

Digər xəbərlər