Zərdabda yaşayış yerini qanunsuz tərk edən COVID-19 xəstəsi barədə cinayət işi başlanılıb

Zərdabda yaşayış yerini qanunsuz tərk edən COVID-19 xəstəsi barədə cinayət işi başlanılıb
  • Clock-gray 10:05
  • calendar-gray 03 Dekabr 2020

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstəsi rayonun Xanməmmədli kəndində yaşayan Eşqin Məmmədov virusun daha çox yayılmasına şərait yaratdığı  müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumatına görə, araşdırma zamanı məlum olub ki, aktiv COVID-19 virusunun daşıyıcısı olan bu şəxs karantin qaydalarını kobud şəkildə pozaraq polis əməkdaşlarının dəfələrlə etdikləri xəbərdarlıqlara baxmayaraq yaşadığı ünvanı bir neçə dəfə tərk edib.

Polislər tibbi prosedurları gözləməklə E.Məmmədovu evindən kənarda olan zaman  müəyyən edərək yaşadığı evə qaytarıblar. Onun barəsində Zərdab RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

Səlcuq Elçin

Digər xəbərlər