Ağsaqqallar Şurasının sədri həmvətənlərimizi Qurban bayramı münasibətilə təbrik edib

Ağsaqqallar Şurasının sədri həmvətənlərimizi Qurban bayramı münasibətilə təbrik edib 
  • Clock-gray 22:14
  • calendar-gray 11 Avqust 2019

Ağsaqqallar Şurasının sədri, Milli Məclisin üzvü Fəttah Heydərov Qurban bayramı münasibətilə həmvətənlərimizi təbrik edib.

Şuranın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təbrikdə deyilir:

“Azərbaycanda milli-mənəvi həmrəyliyin, saflıq və mərhəmətin təntənəsinə çevrilən Qurban bayramı hər il böyük sevinc və yüksək əhval-ruhiyyə ilə qeyd olunur. Ölkəmizin hər yerində Allahın adına qurbanlar kəsilir, dövlətimizin, xalqımızın sosial-iqtisadi inkişafı və firavanlığı üçün dualar oxunur, şəhid Azərbaycan övladlarının xatirəsi ehtiramla yad edilir. Mən də rəhbəri olduğum Azərbaycan Ağsaqqallar Şurasının üzvləri ilə birgə hər il, hər bayramda bu nüansları diqqətdə saxlayır, müxtəlif tədbirlər keçirir, qazi və şəhid ailələrini ziyarət edirik”. 

Təbrik məktubunda bir daha vurğulanıb ki, Azərbaycan Ağsaqqallar Şurasının bütün üzvləri həmvətənlərimizi dünya müsəlmanlarının ən əziz bayramlarından biri olan, əsrlər boyu insanları həmrəyliyə, halallığa və paklığa səsləyən müqəddəs Qurban bayramı münasibətilə təbrik edir, xalqımızın və dövlətimizin tərəqqisi, əmin-amanlığı naminə edilən duaların, kəsilən qurbanların Allah dərgahında qəbul olunmasını diləyir. 
 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date