Akademik Vasim Məmmədəliyev vəfat edib

Akademik Vasim Məmmədəliyev vəfat edib
# 13 oktyabr 2019 23:33 (UTC +04:00)

Tanınmış ilahiyyatçı, şərqşünas alim, əməkdar elm xadimi Vasim Məmmədəliyev uzun sürən xəstəlikdən sonra 77 yaşında vəfat edib.

APA-nın xəbərinə görə, bu barədə məlumatı mərhumun qardaşı oğlu Salam Məmmədəliyev təsdiqləyib.

Bildirilib ki, V.Məmmədəliyevin vida mərasimi onun uzun illər çalışdığı Bakı Dövlət Universitetində baş tutacaq.

Qeyd edək ki, Vasim Məmmədəliyev 1942-ci il avqust ayının 27-də Bakı şəhəri Kürdəxanı kəndində anadan olub. 1949-1959 - Bakı şəhər 113 saylı orta məktəbdə təhsil alıb. O, akademik Ziya Bünyadov ilə sovet rejimi dövründə "Qurani-Kərim"i ilk dəfə Azərbaycan dilinə tərcümə edib. İlk dəfə 1991-ci ildə işıq üzü görmüş bu tərcümə indiyə qədər müxtəlif illərdə 10 dəfə nəşr olunub. 30-dan artıq dissertasiya işinə elmi rəhbərlik, 40-dan çox dissertasiya işinə rəsmi opponentlik edib. 20 kitabın, 600-dən çox elmi və elmi-kütləvi məqalənin müəllifidir. Əsərləri dünyanın 15-dən artıq ölkəsində nəşr edilib.

V.Məmmədəliyev "Şərəf" və "Şöhrət" ordenləri ilə də təltif edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR