Akif Əlizadə: "AMEA-da struktur dəyişikliyi edildikdə lazımlı işçilər qalacaq"

Akif Əlizadə: "AMEA-da struktur dəyişikliyi edildikdə lazımlı işçilər qalacaq"
# 16 oktyabr 2019 17:52 (UTC +04:00)

"AMEA-da magistratura pilləsinin açılması üçün çətinliklər çəkilib. Hər dəfə də çıxışımızda deyirik ki, burada bu təhsil səviyyəsi fərqli formada təşkil edilir. Ancaq dedikləriniz göstərir ki, kifayət qədər çətinliklər var. Bütün bu sadalanan nöqsanlar bizə yaxşı ad gətirməz".

APA xəbər verir ki, bunu AMEA Rəyasət Heyətinin iclasında Akademiyanın prezidenti Akif Əlizadə mövcud nöqsanlarla bağlı deyib.

O bildirib ki, magistrantlara dərs keçirilməsi üçün otaq tapmaqla məsələ həll olunmur: “Bir otaq tapmaqla məsələ həll olunmur. Hər il 100 magistr qəbul edəcəyik. Hamı gəlib deyir ki, magistrlərə ştat verək. Ştatları haradan, necə verəcəyik? Akademiyanın təxminən 11 min ştatlı işçisi var. Bir institutda 300-400 işçi var. Yəni, onların hamısı lazımlıdır? Struktur dəyişikliyi edildikdə lazımlı işçilər qalacaq. Hamı ştata düşmək istəyir. Heç kim demir ki, mən hansısa ştatlı işçini işdən azad etmişəm. Qəbul edirəm ki, magistr təhsili üçün otaq da, ştat da lazımdır. Əgər lazımi şərait yaradılmırsa, deməli, akademiyada magistratura pilləsi bağlanmalıdır. Bu təhsil pilləsini yaratmışıq ki, inkişaf edək".

A. Əlizadə əlavə edib ki, akademiyanın 27 institutunda magistr təhsili olması məcbur deyil: "7-8 institutda magistratura olsun, amma keyfiyyətli təhsil verilsin. Əgər biz bu sahədəki problemləri aradan qaldırmasaq, magistrlər küsüb gedərlər. Bu istiqamətdə elmi şuralarda da açıq söhbət aparıb qərar qəbul etmək lazımdır. İnstitut və bölmələrdə bu sahəyə olan ciddilik artırılmalıdır. Gələn il də analoji monitorinqləri keçirərik. Əgər nəticələr eyni olacaqsa, növbəti il üçün qəbul planını azaldarıq. Əsas olan keyfiyyətli tədris prosesidir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR