Akif Əlizadə: "Səhhətimlə bağlı ərizə yazmışam, bu gün AMEA-nın prezidenti vəzifəsinə seçkilər keçiriləcək"

Akif Əlizadə: "Səhhətimlə bağlı ərizə yazmışam, bu gün AMEA-nın prezidenti vəzifəsinə seçkilər keçiriləcək"
  • Clock-gray 09:34
  • calendar-gray 23 Oktyabr 2019

"İstefa ərizəmi təqdim etməyimlə bağlı xəbər doğrudur". 

Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə deyib.

O qeyd edib ki, səhhəti ilə əlaqədar istefa vermək qərarına gəlib: "Bu gün saat 11:00-da Rəyasət Heyətində AMEA-nın Ümumi yığıncağı olacaq və Akademiyaya yeni prezident seçkiləri keçiriləcək. Güman edirəm ki, mənim də ərizəm qəbul olunacaq". 

Qeyd edək ki, A. Əlizadə ötən il AMEA-nın ümumi yığıncağında qurumun prezidenti seçilib.

Fərid Mirzəyev

Digər xəbərlər

Arxiv

date