AMEA işçiləri haqqında məlumatlar elektronlaşdırılacaq

AMEA işçiləri haqqında məlumatlar elektronlaşdırılacaq
# 16 oktyabr 2019 16:39 (UTC +04:00)

"Akademiya işçiləri haqqında məlumatlar elektronlaşdırılacaq. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) “Elmi kadrlar” Milli İnformasiya Sistemi yaratmağı nəzərdə tutur".

APA xəbər verir ki, bunu AMEA-nın Rəyasət Heyətinin bu gün keçirilən iclasında çıxış edən AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev deyib. Onun sözlərinə görə, artıq sistemin yaradılmasına başlanılıb:

"AMEA-nın elmi müəssisələrində.çalışan bütün işçilər bu sistemdə qeydiyyatdan keçəcəklər. Sistem yaradıldıqdan sonra fərd haqqında 110 parametr üzrə məlumat əldə etmək mümkün olacaq".

Bunu dövlət üçün vacib strateji məlumat bazası sayan R.Əliquliyev bidirib ki, bu sistemdən Ali Attestasiya Komissiyası, AMEA və digər aidiyyəti qurumlar faydalana biləcək.

R.Əliquliyev əlavə edib ki, sistem elmi kadrlar haqqında informasiya resurslarının, elmi tədqiqatlar haqqında informasiya bazasının formalaşdırılmasına və ona əlçatanlığın təmin edilməsinə, elmi fəaliyyətin qiymətləndirilməsinə, təşkilatların elmi fəaliyyətinin monitorinqinin aparılmasına imkan verəcək .

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR