AMEA-nın İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinə müdir təyin olunub

AMEA-nın İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinə müdir təyin olunub
# 12 noyabr 2019 16:13 (UTC +04:00)

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinə müdir təyin olunub.

AMEA-dan APA ya verilən məlumata görə, Filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinə müdir təyin olunub. Bu barədə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev müvafiq sərəncam imzalayıb.

A.Şükürov bu gün akademiyanın Əsas binasında keçirilən tədbirdə kollektivə təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR