Akademik Ramiz Mehdiyev AMEA-nın prezidenti seçilib - YENİLƏNİB-1

Akademik Ramiz Mehdiyev AMEA-nın prezidenti seçilib - YENİLƏNİB-1
  • Clock-gray 17:11
  • calendar-gray 23 Oktyabr 2019

Bu gün AMEA-nın prezidenti vəzifəsinə seçkilər keçirilib.

APA-nın xəbərinə görə, səsvermədə akademik Ramiz Mehdiyev növbəti müddətə AMEA-nın prezidenti seçilib.

***

saat 16:58

AMEA-nın ümumi yığıncağında Akademiyanın prezidenti vəzifəsinə seçki başlayıb.

APA-nın xəbərinə görə, akademik Akif Əlizadə iclasın gündəliyində AMEA-nın prezidenti seçkisinin olduğunu bildirib.

Akademik Akif Əlizadə AMEA-nın prezidenti vəzifəsinə akademik Ramiz Mehdiyevin namizədliyini təklif edib.

***

saat 16:03

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı başlayıb. 

APA-nın xəbərinə görə, ümumi yığıncaqda Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, AMEA rəhbərliyi iştirak edirlər.

Ümumi yığıncaqda AMEA prezidenti vəzifəsinə seçki keçirilir.

Qeyd edək ki, AMEA prezidenti, akademik Akif Əlizadə səhhəti ilə bağlı istefa ərizəsi yazıb.

 

Əsmər Qabil

Digər xəbərlər

Arxiv

date