AMEA: Xəzər dənizinin səth suyunun temperaturu artıb

AMEA: Xəzər dənizinin səth suyunun temperaturu artıb
# 14 noyabr 2019 11:38 (UTC +04:00)

Azərbaycan Milli Elmlər Akademiyasının akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurası ilə Elmi seminarının növbəti birgə iclası keçirilib.

AMEA-dan APA-ya verilən xəbərə görə, iclasda Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Zabit Allahverdiyevin peyk məlumatlarına əsasən Xəzər dənizinin səth sularında temperaturun tədqiqi üzrə elmi tədqiqat işi müzakirə edilib. Məruzəçi eyni adlı məruzəsində Xəzər dənizinin səth sularında orta aylıq, mövsümü, illik və çoxillik temperatur paylanmalarının gedişatı, onları xarakterizə edən xəritələrin tərtib edildiyi haqqında geniş məlumatlar verilib. Çıxışda 2001-2015-ci illər ərzində Xəzər dənizinin səth suyunun temperaturunun 0.350 C, ildə isə orta hesabla 0,0230 C artığı qeyd edilib.

Sonra İnsan coğrafiyası istiqamətinin rəhbəri, coğrafiya üzrə elmlər doktoru Zakir Eminov 7-8 noyabr tarixlərində Coğrafiya İnstitutu və Azərbaycan Coğrafiya Cəmiyyətinin təşkilatçılığı ilə Mingəçevir şəhərində “Azərbaycanın arid regionlarinda təbii-təsərrüfat sistemlərinin təşkili və idarə olunması” mövzusunda keçirilən elmi-praktiki konfrans haqqında məlumat verib. Konfransın işi Şura üzvləri tərəfindən müsbət qiymətləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR