Antalyada istirahət edən azərbaycanlı ailə qəzaya düşüb

Antalyada istirahət edən azərbaycanlı ailə qəzaya düşüb
# 18 iyul 2019 12:50 (UTC +04:00)

Türkiyənin Antalya vilayətinin Manavqat rayonunda turist sərnişinləri daşıyan mikroavtobusun aşması nəticəsində xəsarət almış 5 azərbaycanlının vəziyyəti normaldır.

APA-nın Türkiyə bürosunun məlumatına görə, xəstəxanaya çatdırılan şəxslər xəstəxanada müayinə olunduqdan sonra qaldıqları otelə qayıdıblar.

Xəsarət almış Elşən Məmmədov, Əsma Məmmədova, Nur Məmmədova, Şəfəq Məmmədova, Ceyran Məmmədova bir ailənin üzvləridir.

Qeyd edək ki, aralarında Antalyaya istirahətə gedən Məmmədovlar ailəsinin də olduğu mikroavtobus dünən idarəetmədən çıxaraq aşıb. Nəticədə azərbaycanlı ailənin üzvləri xəsarət alıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR