AQTA-nın bölmə rəisi: "Bağçalarda əsas nöqsanlar məhsulların saxlanma rejiminə riayət edilmədən istifadəsi ilə bağlıdır"

AQTA-nın bölmə rəisi: "Bağçalarda əsas nöqsanlar məhsulların saxlanma rejiminə riayət edilmədən istifadəsi ilə bağlıdır"
# 13 sentyabr 2019 16:15 (UTC +04:00)

"Uşaq bağçalarındakı monitorinqlər zamanı aşkarlanan əsas nöqsanlardan biri insanların qida təhlükəsizliyi ilə bağlı normativ texniki sənədlərin tələbləri ilə tanış olmamasıdır".

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional bölməsinin rəisi Əkbər Əliyev bildirib.

Bölmə rəisi qeyd edib ki, insanlar tez xarab olan məhsulların hansı şəraitdə saxlanılmasından, məhsulun hansı qaydada tədarük olunmalı, hazırlanmalı olduğundan məlumatsızdılar: “AQTA regional bölmələrinin əməkdaşları monitorinqlər zamanı həmin müəssisələrin işçilərinə normativ texniki sənədlərin tələblərini izah edirlər. Əsas nöqsanlar məhsulların saxlanma rejimlərinə riayət edilmədən istifadə edilməsi halları ilə bağlıdır. Bütün sənədlər toplanandan sonra nəticələr barədə ictimaiyyətə geniş məlumat veriləcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR