“Araz” Supermarketlər Şəbəkəsindən maraqlı layihə

“Araz” Supermarketlər Şəbəkəsindən maraqlı layihə
# 08 noyabr 2019 15:59 (UTC +04:00)

“Araz” Supermarketlər Şəbəkəsinin təşəbbüsü ilə həyata keçirilən “Təmiz qida, sağlam düşüncə” adlı layihə çərçivəsində Kaspi liseyinin 3-cü sinif şagirdləri ilə maraqlı görüş keçirilib.

Görüşdə dietoloq Tutu Zeynalova uşaqlara sağlam və düzgün qidalanma ilə bağlı öz tövsiyələrini verib.

Görüş məktəblilər tərəfindən maraqla qarşılanıb.

Sonda “Araz” Supermarketlər Şəbəkəsi adından məktəblilərə hədiyyələr verilib.

Qeyd edək ki, “Araz” Supermarketlər Şəbəkəsinin həyata keçirdiyi “Təmiz qida, sağlam düşüncə” layihəsinin məqsədi uşaqlar arasında sağlam və düzgün qidalanma ilə bağlı maarifləndirmə işləri aparmaqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR