Ayaz Mirzəyev Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilib

Ayaz Mirzəyev Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilib
# 19 noyabr 2019 12:24 (UTC +04:00)

Ayaz Mirzəyev Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən ayrılıb.

APA-nın məlumatına görə, bu barədə o, "Facebook" səhifəsində yazıb.

"Bu gündən etibarən Nazirlər Kabineti Aparatında tutduğum mətbuat xidmətinin rəhbəri vəzifəsindən ayrıldım. Bu müddət ərzində mənim fəaliyyətimə dəstək göstərən, bu vacib işi mənə etimad edən, inanan keçmiş və indiki rəhbərliyimə təşəkkür edirəm.

Eyni zamanda, bu müddət ərzində mətbuat xidmətinin rəhbəri olaraq mənimlə birgə işləyən, əməkdaşlıq edən media sahəsindəki həmkarlarıma minnətdarlığımı bildirirəm. Həyatımda əhəmiyyətli rol oynayan dövlət işi təcrübəsi qazandım. Bu vəzifədə bundan sonra fəaliyyət göstərəcək gələcək həmkarıma da bəribaşdan uğurlar diləyirəm", - deyə o qeyd edib.

Qeyd edək ki, Baş Nazir Əli Əsədov Ayaz Mirzəyevin Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR