Yağışla əlaqədar dəmir yolunun Xırdalan stansiyasında nasazlıq yaranıb

Yağışla əlaqədar dəmir yolunun Xırdalan stansiyasında nasazlıq yaranıb
# 22 noyabr 2019 12:51 (UTC +04:00)

Bu gün saat 08:30 radələrində dəmir yolunun Xırdalan stansiyasının kontakt şəbəkəsində nasazlıq yaranıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyi şöbəsindən APA-ya verilən məlumatda bildirilib ki, yağışlı hava şəraiti ilə əlaqədar yaranan atmosfer gərginliyi nəticəsində, kontakt şəbəkəsində izolyator zədələnib: "Yaranmış nasazlıq nəticəsində Sumqayıt-Bakı elektrik qatarları Xırdalan stansiyasında 23-42 dəqiqə arası dayanmalı olub. Nasazlıq təcili olaraq aradan qaldırılıb və qatarlar hazırda öz qrafiki üzrə hərəkət edir.

“Azərbaycan Dəmir Yolları” QSC yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR