Azərbaycanda yaşı 25-dən aşağı olan şəxslər övladlığa uşaq götürə bilməyəcək

Azərbaycanda yaşı 25-dən aşağı olan şəxslər övladlığa uşaq götürə bilməyəcək
  • Clock-gray 14:54
  • calendar-gray 18 Oktyabr 2019

Azərbaycanda övladlığa uşaq götürmək istəyən şəxslərə yaş limiti qoyulur.

APA-nın xəbərinə görə, bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik təklif edilir.

Sənədin 121-ci maddəsi (Övladlığa götürülən uşaq ilə övladlığa götürən arasında yaş fərqi) adı və bəndləri yeni redaksiyada verilir:

Belə ki, maddənin adı dəyişdirilərək “Övladlığa götürmək istəyən şəxslərə (şəxsə) dair yaş tələbləri” edilir.

Maddənin 121.1-ci bəndinə görə, ögey ata (ögey ana), habelə yaxın qohumlar (bacı-qardaş, nənə-baba, valideynlərin bacıları, qardaşları) istisna olmaqla, övladlığa götürmək istəyən nikahda olan şəxslərdən biri ( ər-arvad) üçün aşağı yaş həddi 25, nikahda olmayanlar üçün 30-dur.

121.2-ci bəndə görə isə ögey ata (ögey ana), habelə yaxın qohumlar (bacı-qardaş, nənə-baba, valideynlərin bacıları, qardaşları) istisna olmaqla, övladlığa götürmək istəyən nikahda olmayan şəxslə övladlığa götürülən uşağın yaş fərqi 18-dən az olmamalıdır.

Məcəlləyə dəyişiklik Milli Məclisin oktyabrın 22-də keçiriləcək iclasında müzakirə ediləcək.

Mirmahmud Kazımoğlu

Digər xəbərlər

Arxiv

date