Azərbaycan əhalisinin sayı açıqlanıb

Azərbaycan əhalisinin sayı açıqlanıb
  • Clock-gray 11:57
  • calendar-gray 16 Sentyabr 2019

İlin əvvəlindən ölkə üzrə əhalinin sayı 46417 nəfər və ya 0,5 faiz artaraq 2019-cu il avqust ayının 1-i vəziyyətinə 10027874 nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Əhalinin bir kvadrat kilometrə düşən sayı 116 nəfər olub.

Günay Elşadqızı

Digər xəbərlər

Arxiv

date