Azərbaycanda II tip şəkərli diabet xəstəliyi uşaq və gənclər arasında geniş yayılıb

Azərbaycanda II tip şəkərli diabet xəstəliyi uşaq və gənclər arasında geniş yayılıb
  • Clock-gray 16:46
  • calendar-gray 15 Noyabr 2019

"Azərbaycanda II tip şəkərli diabet xəstəliyi uşaq və gənclər arasında çox geniş yayılıb".

APA xəbər verir ki, bunu Azərbaycanda Nutrologiya, Dieotologiya və Piylənmənin Tədqiqatı üzrə Akademiyanın (ANDOP) direktoru Sevinc Zaman Elmi Tədqiqat Kardiologiya Institunda "Ürəyimizi şəkərli diabetdən necə qoruyaq" mövzusunda keçirilən elmi-praktik konfransda deyib. Bunu ciddi problem sayan S.Zaman qeyd edib ki, II tip şəkərli diabet xəstəliyinə əvvəllər daha çox böyüklər arasında rast gəlinirdi: "İndi isə bu, uşaq və gənclər arasında da geniş yayılıb. Bunun əsas risk faktorlarından biri çəkidir. Hazırda dünyada artıq piylənmə bir xəstəlik kimi qəbul olunub. Bu, 21-ci əsrin epidemiyası sayılır. Bu xəstəliyin də fəsadları çox ağırdır. Bu fəsadlar şəkərli diabet, ürək-damar xəstəlikləri və s-dir".

Digər xəbərlər

Arxiv

date