Azərbaycanda ilahiyyatçılar haqqında məlumat bankı yaradılacaq

Azərbaycanda ilahiyyatçılar haqqında məlumat bankı yaradılacaq
# 12 iyul 2019 16:50 (UTC +04:00)

"Azərbaycanda ilahiyyatçılar haqqında məlumat bankının yaradılması nəzərdə tutulur".

Bunu APA-ya açıqlamasında Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov bildirib.

Rektor bildirib ki, hazırda Karyera Mərkəzinin yaradılması üzərində iş gedir: “Ümumiyyətlə, belə bir fikrimiz var ki, Azərbaycanda ilahiyyatçılar haqqında məlumat bankı yaradılsın. Həm bizim məzunlarımız, həm Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində, həm də digər ölkələrdə təhsil alan tələbələr barədə məlumatlar bir yerə toplanılsın. Ehtiyac yarandıqca, zəruri dövlət qurumlarına həmin mütəxəssislər təqdim olunacaq. Qeyd edim ki, artıq bizə müxtəlif dövlət qurumlarından, o cümlədən hüquq-mühafizə orqanlarından müraciətlər var”.

Rektor bildirib ki, bu günə qədər Azərbaycanda İlahiyyat fakültəsində 900-ə yaxın məzun olub: “Xaricdə din sahəsində təhsil alıb gələn 3000-ə yaxın məzun var. Onların bir qismi Qafqaz Müsəlmanları İdarəsində və digər strukturlarda fəaliyyət göstərirlər. Məzunlarımız eyni zamanda din xadimləri kimi də fəaliyyət göstərə bilərlər. Hazırda bu tələbələrlə işləyirik. Bu tələbələrdən bəziləri İlahiyyat İnstitutunda magistratura təhsilini davam etdirirlər, az bir hissəsi isə Türkiyədə təhsil alır. Gələcəkdə də tələbələrimizin yönləndirilməsi ilə bağlı işimiz davam edəcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR