Azərbaycanda ixtiraların dövlət reyestrinə daxil edilməsi proseduru müəyyənləşib

Azərbaycanda ixtiraların dövlət reyestrinə daxil edilməsi proseduru müəyyənləşib
# 22 noyabr 2019 09:13 (UTC +04:00)

Nazirlər Kabineti “İxtira, faydalı model və sənaye nümunələrinin dövlət reyestrinə daxil edilməsi Qaydası”nı təsdiqləyib.

APA-nın məlumatına görə, bu Qayda ixtira, faydalı model və sənaye nümunələri barədə məlumatların dövlət reyestrinə daxil edilməsi, reyestrdə dəyişikliklərin aparılması və patentin dublikatının verilməsi ilə bağlı məsələləri tənzimləyir.

Azərbaycan Respublikasının ixtira, faydalı model və sənaye nümunəsinin Dövlət reyestri həmin obyektlərin qeydiyyata alınması və onların qeydiyyatına aid dəyişikliklərin edilməsi barədə məlumatların daxil olduğu rəsmi sənəddir. Reyestr Əqli Mülkiyyət Agentliyi tərəfindən aparılır. Reyestr kağız və elektron daşıyıcılarda tərtib edilir. Elektron reyestrin formalaşdırılması, tərtib edilməsi və

inteqrasiyasına dair bu Qaydada nəzərdə tutulmayan məsələlər Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq tənzimlənir. Elektron Reyestrin digər informasiya ehtiyatları və sistemləri ilə inteqrasiyası Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə həyata keçirilir. Elektron Reyestrin tərtib olunması və onda düzəlişlərin edilməsi üçün Qanunun tələbləri nəzərə alınmaqla patent sahibi və ya onun vərəsəsi (hüquqi varisi) elektron sistem vasitəsilə Agentliyə müraciət etməlidir. Reyestr Azərbaycan Respublikasının dövlət informasiya ehtiyatıdır. Agentliyin rəsmi bülletenində dərc olunmuş iddia sənədinə etirazın verilməsi müddəti başa çatdıqdan və ya sənaye mülkiyyətinin mühafizəsi sahəsində Agentlikdə yaradılmış Apellyasiya Şurasının patentin verilməsinə dair qərar qəbul etdiyi tarixdən etibarən 2 ay müddətində ixtira, faydalı model və sənaye nümunəsinin qeydiyyatı, patentin verilməsi və onun dərc olunması üçün dövlət rüsumunun ödənilməsi şərtilə Reyestrdə həmin sənaye mülkiyyəti obyektlərinə dair məlumatlar qeyd edilir və iddiaçıya patent verilir.

Reyestr illər üzrə tərtib edilir. Təqvim ili başa çatdıqda, bu Qaydada göstərilən məlumatların (göstəricilərin) daxil edildiyi Reyestrin səhifələrinin sayı və qalan boş səhifələrin sayı, reyestrin aparılmasının başlandığı və həmin il üzrə qurtardığı tarixlər göstərilməklə “Xüsusi qeydlər” nəzərdə tutulan səhifədə Reyestri aparan məsul işçi tərəfindən müvafiq qeyd yazılır. Reyestrin aparılması ilə bağlı beynəlxalq qaydalara əsasən, tələb olunan göstəricilər üzrə sənaye mülkiyyətinin mühafizəsi sahəsində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının ixtira və faydalı modellər üçün ST.9, sənaye nümunələri üçün ST.80 standartı üzrə rəqəm kodlarından (biblioqrafik məlumatları eyniləşdirmək üçün beynəlxalq rəqəm kodu – INID) istifadə olunur və onlar mötərizədə ərəb rəqəmləri ilə göstərilir.

Reyestrə aşağıdakı məlumatlar (göstəricilər) daxil edilir:

- patentin nömrəsi;

- patentin qeydiyyat tarixi;

- iddia sənədinin qeydiyyat nömrəsi;

- iddia sənədinin Agentliyə daxilolma tarixi;

- konvensiya ilkinliyi tarixi olan iddia sənədinin nömrəsi;

- konvensiya ilkinliyi olan iddia sənədinin daxilolma tarixi;

- konvensiya ilkinliyi olan ölkənin kodu;

- sərgi ilkinliyi tarixi;

- ilkinliyin tarixi;

- patent hüquqlarının qüvvəyə mindiyi tarix;

- ixtiranın, faydalı modelin beynəlxalq patent təsnifatı və sənaye nümunəsinin beynəlxalq təsnifat indeksi (indeksləri);

-ixtira, faydalı model və sənaye nümunəsinin adı;

- sənaye nümunəsinin şəkli;

- sənaye nümunəsinin mühüm əlamətlərinin təsviri;

- iddiaçı hüquqi şəxs olduqda adı və hüquqi ünvanı, fiziki şəxs olduqda soyadı, adı, atasının adı, yaşayış yeri və ya qeydiyyatda olduğu ünvan, ölkə kodu;

- müəllifin soyadı, adı, atasının adı, yaşayış yeri və ya qeydiyyatda olduğu ünvan, ölkə kodu;

- patent sahibi olan hüquqi şəxsin adı və hüquqi ünvanı, fiziki şəxsin soyadı, adı, atasının adı, yaşayış yeri və ya qeydiyyatda olduğu ünvan, ölkə kodu;

- ixtira, faydalı model və sənaye nümunəsinin müəllifi,

eyni zamanda iddiaçı (patent sahibi) olduqda bu barədə məlumat;

- ixtira, faydalı model və sənaye nümunəsinin müəllifi, eyni zamanda iddiaçı və patent sahibi olduqda bu barədə məlumat;

- ixtira və ya faydalı modelə dair Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Patent Kooperasiyası haqqında Müqaviləsinin (PCT) proseduru üzrə iddia sənədinin nömrəsi, verilmə tarixi;

- PCT proseduru üzrə iddia sənədinin dərc edilmə nömrəsi və tarixi;

- iddia sənədinə dair məlumatların Agentliyin rəsmi bülletendə dərc edildiyi tarix;

-. patent sahibinin adının və (və ya) ünvanının dəyişdirilməsi haqqında;

- patentin qüvvədəolma müddəti və bu müddətin uzadılması haqqında;

- patentlə bağlı hüquqların (tam və ya qismən) başqa şəxsə verilməsi barədə müqavilənin qeydiyyat nömrəsi və tarixi;

- patent obyektindən istifadə hüququna dair lisenziya müqavilələrinin qeydiyyat nömrəsi və tarixi (lisenziyanın növü və

müddəti göstərilməklə);

- patent hüququnun girov qoyulması barədə (girov müqaviləsinin qeydiyyat nömrəsi və tarixi (müddəti göstərilməklə);

- qeydiyyata alınmış müqavilələrdə, o cümlədən girov müqaviləsində dəyişikliklərin edilməsi haqqında;

- patentin tam və ya qismən etibarsız hesab edilməsi haqqında (səbəbləri və qərarı qəbul edən orqanı (qurumu) göstərilməklə);

- patentin qüvvəsinə vaxtından əvvəl xitam verilməsi haqqında (səbəblər göstərilməklə);

- patentin qüvvəsinin bərpa edilməsi haqqında;

- patentin dublikatının verilməsi haqqında;

- texniki səhvlərin və ya mətbəə xətalarının düzəldilməsi haqqında;

- Qanunun tələbləri nəzərə alınmaqla, digər dəyişikliklərin edilməsi haqqında (səbəblər göstərilməklə).

Elektron Reyestrə məlumatlar “Vahid Giriş Sistemi”ndən (“ASAN login”) istifadə edilməklə daxil edilir. Patent sahibi və ya onun vərəsəsi (hüquqi varisi), yaxud etibarnamə üzrə səlahiyyətli nümayəndəsi tələb olunan dövlət rüsumu və xidmət haqqını “ASAN ödəniş” sistemi üzərindən ödəyərək, gücləndirilmiş elektron imza ilə imzaladığı ərizə ilə məlumatları elektron sistemdə Agentliyə təqdim edir. Reyestrə məlumatlar daxil edildikdən dərhal sonra bu barədə patent sahibinə və ya onun vərəsəsinə (hüquqi varisinə), yaxud etibarnamə üzrə səlahiyyətli nümayəndəsinə elektron sistemdə bildiriş göndərilir. Agentliyə göndərilən məlumatlara münasibətdə Qanunun tələblərinə əməl edilmədikdə və ya onlarda qeyri-dəqiqlik müəyyən edildikdə, onlar Reyestrə daxil edilmir və bu barədə ərizəçi elektron sistem vasitəsilə məlumatlandırılır.

Reyestrə daxil edilmiş məlumatlar sorğu, o cümlədən elektron sorğu əsasında aşağıdakılara verilir:

- məhkəmə, istintaq və təhqiqat orqanlarına;

- “İcra haqqında” qanunla müəyyən edilmiş hallarda və qaydada məcburi icra orqanına;

- “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunla müəyyən edilmiş hallarda və qaydada vəkilə;

- “Notariat haqqında” qanunla müəyyən edilmiş hallarda və qaydada notariusa.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR