Azərbaycanda müştərək sığorta fondu yaradılıb

Azərbaycanda müştərək sığorta fondu yaradılıb
# 19 avqust 2019 19:03 (UTC +04:00)

Azərbaycanda müştərək sığorta fondu yaradılıb.

APA-nın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev “Sığorta fəaliyyəti haqqında” Qanununda dəyişiklikləri təsdiqləyib.

Belə ki, Qanuna 1.1.2-1-ci, 1.1.2-2-ci və 1.1.3-1-ci maddələr əlavə edilib:

Müştərək sığorta – müştərək sığorta fondu hesabına sığorta ödənişinin verilməsi, risklərin, o cümlədən fondda yaranan gəlir və zərərin bölüşdürülməsinə əsaslanan münasibətlər sistemi;

Müştərək sığorta fondu – fiziki və hüquqi şəxslərin əmlak mənafelərinin müştərək sığorta əsasında sığorta etdirilməsi məqsədilə həmin şəxslərin ödədiyi, habelə dövlət büdcəsindən bu məqsədlə ayrılan vəsaitin məcmusu;”;

Müştərək sığortaçı – müstəsna olaraq müştərək sığorta əsasında fəaliyyət göstərmək üçün müvafiq lisenziyaya malik olan sığortaçı;”.

Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR