Azərbaycanda övladlığagötürmə sahəsində yeni idarəetmə modeli hazırlanır

Azərbaycanda övladlığagötürmə sahəsində yeni idarəetmə modeli hazırlanır
# 23 iyul 2019 10:18 (UTC +04:00)

Azərbaycanda övladlığagötürmə sahəsində yeni idarəetmə modeli hazırlanır.

Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib.

Məlumatda bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində hazırda övladlığagötürmə sahəsində mütərəqqi dünya təcrübəsindən irəli gələn yanaşmalar, övladlığagötürülən uşaqların maraq və mənafelərinin prioritetliyi əsasında yeni idarəetmə modeli hazırlanır.

Qeyd edək ki, Prezident İlham Əliyevin 10 dekabr 2018-ci il tarixli 393 nömrəli Fərmanı ilə övladlığagötürmə sahəsində dövlət siyasətinin və tənzimləmənin həyata keçirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR