Azərbaycanda pensiya sisteminin inkişafına dair yol xəritələri hazırlanır

Azərbaycanda pensiya sisteminin inkişafına dair yol xəritələri hazırlanır
# 14 oktyabr 2019 14:40 (UTC +04:00)

"Aidiyyəti dövlət qurumlarının iştirakı ilə pensiya sahəsində yol xəritələrinin ilkin layihələri hazırlanır”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

Nazir qeyd edib ki, beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində Azərbaycanda pensiya sisteminin inkişafına dair qısa, orta və uzun müddətli yol xəritələri hazırlanır: "Bildiyiniz kimi, pensiya sistemi sığorta sistemidir və sığorta sistemi kimi müəyyən aktual hesablamalara, demoqrafik göstəricilərə əsaslanır. Ona görə də müvafiq beynəlxalq təşkilatlar, xarici ekspertlərlə birgə Azərbaycanın 2025, 2030 və 2050-ci ilə qədər demoqrafik inkişafına dair proqnozlar hazırlayırıq. Bu proqnozlar üzərindən də pensiya sisteminin inkişafı proqramı hazırlanacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR