Azərbaycanda “Qida təhlükəsizliyi haqqında” qanun qəbul olunacaq

Azərbaycanda “Qida təhlükəsizliyi haqqında” qanun qəbul olunacaq
# 19 sentyabr 2019 09:30 (UTC +04:00)

Milli Məclisə yeni qanun layihəsi daxil olub.

APA-nın əldə etdiyi məlumata görə, bu, “Qida təhlükəsizliyi haqqında” yeni qanun layihəsidir. Sənəddə qida təhlükəsizliyi sisteminin qurulması, istehlakçıların hüquqlarının qorunması və digər məsələlər əks olunub. Qanun layihəsi yaxın vaxtlarda Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında müzakirə ediləcək.

Qeyd edək ki, “Qida təhlükəsizliyi haqqında” yeni qanun layihəsi Milli Məclisin 2019-cu il payız sessiyasının qanunvericilik işlər planına daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR