Azərbaycanda yaşı 25-dən aşağı olan şəxslər övladlığa uşaq götürə bilməyəcək

Azərbaycanda yaşı 25-dən aşağı olan şəxslər övladlığa uşaq götürə bilməyəcək
  • Clock-gray 13:56
  • calendar-gray 22 Oktyabr 2019

Azərbaycanda övladlığa uşaq götürmək istəyən şəxslərə yaş limiti qoyulur.

APA-nın xəbərinə görə, bu, Ailə Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb.

Ögey ata (ögey ana), habelə yaxın qohumlar (bacı-qardaş, nənə-baba, valideynlərin bacıları, qardaşları) istisna olmaqla, övladlığa götürmək istəyən nikahda olan şəxslərdən biri ( ər-arvad) üçün aşağı yaş həddi 25, nikahda olmayanlar üçün 30 olacaq. Ögey ata (ögey ana), habelə yaxın qohumlar (bacı-qardaş, nənə-baba, valideynlərin bacıları, qardaşları) istisna olmaqla, övladlığa götürmək istəyən nikahda olmayan şəxslə övladlığa götürülən uşağın yaş fərqi 18-dən az olmamalıdır.

Övladlığa uşaq götürmək üçün azı 3 il nikahda olan, yaşı 35-dən yuxarı ər-arvada, 1 il müddətinə nikahda olan Azərbaycan vətəndaşlarına və azı 5 il müddətində nikahda olan əcnəbilər və vətəndaşlığı olmayan, yuxarı yaş həddi 55-dək olan şəxslərə üstünlük veriləcək.

Təklif edilən digər dəyişikliyə əsasən, övladlığa götürülən 7 yaşına çatmış uşağın soyadı, ata adı, habelə öz adının dəyişdirilməsi barədə fikri öyrəniləcək. 10 yaşından yuxarı övladlığa götürülmüş uşağın doğulduğu yerin dəyişdirilməsinə isə yalnız onun razılığı ilə yol veriləcək. 

Layihə bu gün Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılaraq qəbul edilib. 
 

Ramiz Mikayıloğlu

Digər xəbərlər

Arxiv

date