"Azərsun Holdinq" "Caspian Ecology 2019" sərgisində iştirak edib - FOTO

"Azərsun Holdinq" "Caspian Ecology 2019" sərgisində iştirak edib - FOTO
  • Clock-gray 17:22
  • calendar-gray 16 Noyabr 2019

Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan “Azərsun Holdinq” Bakı Ekspo Mərkəzində təşkil edilən 10-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit “Caspian Ecology 2019” sərgisində iştirak edib.

Holdinqdən APA-ya verilən məlumata görə, milli brendlərin yaradılması və üzərində “Made in Azerbaijan” yazılmış yerli məhsulların xarici bazarlara çıxarılmasını qarşısında dayanan prioritet məsələ hesab edən Şirkət ölkəmizdə ətraf mühitin qorunması istiqamətində də böyük layihələr reallaşdırır. “Azərsun Holdinq” tərəfindən istismara verilmiş Azərbaycan Kağız və Karton İstehsalı Kombinatının nəzdində fəaliyyət göstərən Kağızın Təkrar Emalı Fabrikində 1 ton kağızın təkrar emalı nəticəsində 17 ədəd şam ağacının kəsilməsi, 36 ton CO2 qazının atmosferə atılması, 4 100 kilovat elektrik enerjisinin sərf olunması, 267 kq çirkli qazın atmosferə buraxılması, 1 750 litr yanacaq neftinin sərf olunması, 3-4 m2 anbarlama sahəsindən istifadə, 85 m2 meşə ərazisinin məhv edilməsi, 38,8 ton suyun sərf olunmasının qarşısı alınır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi uzunmüddətli iqtisadi inkişaf strategiyasına və “Regionların sosial-iqtisadi inkişafına dair” Dövlət Proqramına uyğun olaraq Bakı ilə bərabər ölkəmizin bölgələrində də tullantı kağızın toplanılma nöqtələri yaradılıb ki, bununla da bölgələrdə yaşayan insanların sosial-rifah halının yüksəlməsinə töhfə verilir.

Sərgi iştirakçıları tərəfindən böyük maraqla qarşılanan stenddə qeyd edilən müəssisədə təkrar emal edilən plastik və kağız tullantılardan hazırlanan məhsullar da nümayiş etdirilib.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date