Bakıda Beynəlxalq Pediatriya Assosiasiyasının Konqresi keçirilir 

Bakıda Beynəlxalq Pediatriya Assosiasiyasının Konqresi keçirilir 
# 20 sentyabr 2019 10:07 (UTC +04:00)

Bakıda Beynəlxalq Pediatriya Assosiasiyasının 17-ci Avrasiya Konqresi (UNPSTR) və Türk Dünyası Pediatriya Konqresi keçirilir.

APA xəbər verir ki, konqres musiqili proqramla başlayıb. Konqresdə yerli və xaricddən gələn məruzəçilər iştirak ediblər. Konqresdə çıxış edən UNPSTR-in prezidenti Ənvər Həsənoğlu bildirib ki, uşaqlar bizim gələcəyimizdir.

O qeyd edib ki, bu baxımdan pediatrların işi daha çətindir: "Dünya əhalisi 8 milyard nəfərdir. Bunun da 25 faizi 15 yaşdan aşağı olanlardır. Son illərdə əsas problem qaçqınlardır. Bu problem bir çox ölkədə var. Türkiyədə 4 milyon suriyalı qaçqın var. Onların da yarısı uşaqdır".

Azərbaycan Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev bildirib ki, indiyədək 17 konqresdən 5-i Azərbaycanda keçirilib. O konqresin işinə uğurlar arzulayıb və qeyd edib ki, konqresdə müzakirə olunan mövzular bu gün pediatriyanın əsas məsələlərindəndir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR