Bakıda cənub-şərq küləyi əsəcək

Bakıda cənub-şərq küləyi əsəcək
  • Clock-gray 12:01
  • calendar-gray 13 Avqust 2019

Bakı və Abşeron yarımadasında avqustun 14-də hava yağmursuz keçəcək. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

ETSN-dən APA-ya verilən məlumata görə, havanın temperaturu  gecə 18-22° isti, gündüz  27-32° isti, Bakıda gecə 20-22° isti, gündüz  29-31° isti olacaq.

Atmosfer  təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70%, gündüz 40-50%  olacaq.

Abşeron çimərliklərində şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24° isti, Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti təşkil edəcək. 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə  şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23° isti, gündüz  31-36° isti, dağlarda gecə 11-16° isti,  gündüz  19-24°  isti təşkil edəcək.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date