Bakıda daha bir marşrut xəttində avtobuslar yenilənib

Bakıda daha bir marşrut xəttində avtobuslar yenilənib
# 21 sentyabr 2019 12:59 (UTC +04:00)

"Dövlətin sərnişin daşıma sahəsində çalışan əməkdaşlar üçün yaratdığı şəffaf və əlverişli biznes mühiti nəticəsidir ki, son illər paytaxtımıza müasir və komfort avtobusların gətirilməsi davam edir".

APA-nın məlumatına görə, bu sözləri Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Mais Ağayev bildirib.

Qurum rəsmisinin sözlərinə görə, yeni alınan komfort avtobuslar bu gün 39 nömrəli müntəzəm marşrut xətti üzrə istifadəyə veriləcək:

“Qeyd etmək istəyirəm ki, avtobus parkının yenilənməsi çərçivəsində daşıyıcılar tərəfindən yeni avtobusların alınması işləri davam etdirilir. Bilirsiniz ki, alınan avtobuslar Nazirlər Kabinetinin 4 mart 2019-cü il tarixli 73 saylı qərarında təsdiq olunmuş tələblərə uyğun olmalıdır. Daşıyıcılarla yanaşı BNA tərəfindən də avtobusların yenilənməsi işləri aparılır".

BNA sözçüsü deyib ki, dövlət başçısı İlham Əliyevin imzaladığı sərəncama uyğun olaraq 300 ədəd müasir avtobuslar alınıb: "Hazırda avtobusların sonuncu partiyasının paytaxtımıza çatması istiqamətində işlər aparılır. Alınan yeni avtobuslar da növbəti aylarda istifadəyə veriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR