Bakıda inklüziv təhsil alan uşaqların sayı açıqlanıb

Bakıda inklüziv təhsil alan uşaqların sayı açıqlanıb
# 15 oktyabr 2019 12:26 (UTC +04:00)

"2019-cu ildə fərdi təhsillə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) ümumilikdə 23 nəfər müraciət edib".

APA-nın məlumatına görə, bunu BŞTİ müdiri Rəşad Tağıyev "Bakı təhsili: uğurlar və hədəflər" mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, müraciətlərdən 20-si müxtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış şəxslərin fərdi təhsilə cəlb edilməsi, 2-si yaşayış yerlərini dəyişdiyinə görə, 1-i isə fərdi təhsil sinfindən ümumi təhsil sinfinə keçirilmə ilə əlaqədardır: "Hazırda müvafiq qaydalara uyğun olaraq fərdi təhsil üzrə 16 nəfər 1-ci sinfə cəlb olunub".

R.Tağıyev eyni zamanda inklüziv təhsillə bağlı məlumat verərək bildirib ki, “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” çərçivəsində paytaxtda müsbət nəticələr əldə olunub: "2018-2019-cu tədris ilində Bakı şəhərində 4 məktəbin (138, 202, 220, 252) nəzdində ibtidai sinif səviyyəsi üzrə inklüziv təhsil təşkil olunub. Həmin məktəblərdə 48 nəfər sağlamlıq imkanı məhdud olan uşaq təhsil alıb. Builki dərs ilində isə qeyd olunan 4 məktəb üzrə inklüziv təhsilə cəlb olunmuş uşaqların sayı 64 nəfərə çatdırılıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR