Bakıda yolu keçmək istəyən kişini maşın vuraraq öldürüb

Bakıda yolu keçmək istəyən kişini maşın vuraraq öldürüb
# 21 oktyabr 2019 12:26 (UTC +04:00)

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oktyabrın 20-də saat 20 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Bakı şəhər sakini A.Rüstəmov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Oğuz rayon sakini Fərrux Həmidovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR