Bakıda "Qlobal ərzaq təhlükəsizliyində bitki genetik ehtiyatların rolu" mövzusunda seminar keçirilib

Bakıda "Qlobal ərzaq təhlükəsizliyində bitki genetik ehtiyatların rolu" mövzusunda seminar keçirilib
# 25 iyun 2019 13:48 (UTC +04:00)

Bu gün Bakıda İtaliyanın Elm gününə həsr edilən "Qlobal ərzaq təhlükəsizliyində bitki genetik ehtiyatların rolu" mövzusunda seminar keçirilib.

APA xəbər verir ki, İtaliyanın Azərbaycandakı səfirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə AMEA-nın vitse prezidenti, akademik İradə Hüseynova İtaliya və Azərbaycanın geniş əlaqələrindən, xüsusilə də son vaxtlar elmi əlaqələrindən inkişafından söz açıb.

Akademik bildirib ki, gələcəkdə bitki genetik ehtiyatlarının kompleks öyrənilməsi və onlardan istifadə etməklə daha məhsuldar və keyfiyyətli sortlar yaradılacaq.
İtaliyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi Elena Leonardo seminarın hər iki ölkənin genetika, genomika, bioinformatika və seleksiya sahəsində çalışan alimlərin bir-birlərini daha yaxından tanımasına və yerli əməkdaşlıq istiqamətlərinin yaradılmasına təkan verəcəyini bildirib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev deyib ki, nazirlik yerli bitki sortlarının genetik ehtiyatlarının qorunması sahəsində xüsusi iş aparır.

Sonda AMEA Genetik Ehtiyatlar İnstitutu ilə İtaliyanın Aqrar Tədqiqatlar və Aqrar İqtisadiyyatın analizi üzrə Şurasının Genomika və Bioinformatika üzrə Tədqiqat Mərkəzi arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR