Baş həkim: “Zəhərlənən tələbələrin huşları özlərinə gəlib, suallara cavab verə bilirlər"

Baş həkim: “Zəhərlənən tələbələrin huşları özlərinə gəlib, suallara cavab verə bilirlər"
  • Clock-gray 16:53
  • calendar-gray 21 Noyabr 2019

“Zəhərlənən tələbələrin vəziyyəti stabil, ağır olaraq qalır”.

Bu barədə APA-ya Kliniki Tibbi Mərkəzin baş həkimi Ədalət Dadaşov bildirib. Baş həkim tələbələrin həyati təhlükəsinin olub-olmaması ilə bağlı bildirib ki, zəhərlənmənin mənşəyi hələlik məlum olmadığı üçün bu barədə fikir bildirmək mümkün deyil: “Bütün səylərimiz onların həyatının xilas edilməsi ilə bağlıdır. Müəyyən qədər huşları özlərinə gəlib, orta həcmli suallara cavab verə bilirlər. Ancaq elə zəhərlənmə ola bilər ki, sonradan huşları yenidən itə bilər. Zəhərlənmənin növləri müxtəlifdir, həm məişət, həm sənaye zəhərlənmələri olur. Hazırda onların vəziyyətinin yaxşılaşması üçün çalışırıq”. 

Qeyd edək ki, Bakı Dövlət Universitetinin yataqxanasında 3 tələbə qız zəhərlənib. Həmin qızlar huşsuz vəziyyətdə tapılıblar. Onlardan biri dünyasını dəyişib. Ölən qızın Fizika fakültəsinin tələbəsi, 1999-cu il təvəllüdlü Şəkər Faiq qızı Hasmətova olması müəyyən edilib. Zəhərlənən digər iki tələbə isə 1998-ci il təvəllüdlü Həmidə İbadova və Kitabxanaçılıq fakültəsinin 4-cü kurs tələbəsi Dürrubə Quliyevadır.

Günay Elşadqızı

Digər xəbərlər

Arxiv

date