Baş psixiatr: "Özünə qəsd edənlərin 80 faizi ətrafdakılara hansısa tərzdə işarə verir"

Baş psixiatr: "Özünə qəsd edənlərin 80 faizi ətrafdakılara hansısa tərzdə işarə verir"
# 15 oktyabr 2019 13:26 (UTC +04:00)

''Azərbaycanda özünəqəsdlərin sayı dünya göstəriciləri ilə müqayisədə iki dəfə azdır''.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında respublikanın Baş psixiatrı Teymur Qafarov deyib. Onun sözlərinə görə, bununla belə bu, önəmli problemdir:

T.Qafarov qeyd edib ki, intiharların qarşısının alınması üçün tədbirlər görülməlidir:

"Bunlar silsilə tədbirlərdir. İlk növbədə səhiyyə işçilərinin və psixoloqların öhdəsinə düşən vəzifədir. Çox mürəkkəb proses olduğuna görə cəmiyyətin digər üzvlərinin də payına düşən öhdəliklər var".

Baş psixiatrın dediyinə görə, qəsd edən insanların 80 faizi ətrafdakılara hansısa tərzdə işarə verir:

"Onlara sayğılı yanaşsaq, qəsdlərin sayını xeyli dərəcədə almaq olar", -deyə T.Qafarov əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR