BNA havaların soyuması ilə əlaqədar dezinfeksiya işləri aparır

BNA havaların soyuması ilə əlaqədar dezinfeksiya işləri aparır
# 19 noyabr 2019 14:49 (UTC +04:00)

Havaların soyuması ilə əlaqədar bir çox kəskin respirator infeksion xəstəliklərin yayılması ehtimalının artmasını nəzərə alaraq Bakı Nəqliyyat Agentliyi qabaqlayıcı tədbirlərə başlayıb.

BNA-dan APA-ya verilən məlumata görə, bu çərçivədə “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində dezinfeksiya işləri görülüb. Perronlar, gözləmə zallar və park ərazisi xüsusi dərman məhlullardan istifadə olunmaqla dezinfeksiya edilib. Sərnişinlərin narahatlığına səbəb olmamaq üçün işlər gecə saatlarında aparılıb.

Qeyd edək ki, mövsümlə əlaqədar olaraq əhalinin sıx toplaşdığı qapalı ərazilərdə dezinfeksiya tədbirlərinin aparılması xüsusi əhəmiyyət kəsb edir. Bunu nəzərə alaraq analoji işlərin hər həftə aparılması planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR