Bu gün Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə "Baku Jazz-2019" festivalına start veriləcək

Bu gün Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə "Baku Jazz-2019" festivalına start veriləcək
# 18 oktyabr 2019 11:32 (UTC +04:00)

Bu gün Bakıda ənənəvi Beynəlxalq Caz Festivalı – “Baku Jazz-2019” başlayır.

Azərbaycan Beynəlxalq Bankından “APA-Economics”ə verilən məlumata görə, müxtəlif sahələrdə korporativ sosial məsuliyyət layihələrini uğurla həyata keçirən Azərbaycan Beynəlxalq Bankı “Baku Jazz-2019”-un da sponsorlarındandır. Festivalın açılış mərasimi bu gün saat 17.00-da Qız qalasının ətrafında keçiləcəkdir. Oktyabrın 27-dək davam edəcək bu mədəniyyət tədbirinin proqramı xeyli zəngindir.

Festivalın konsert proqramları “Rotunda Caz Klubu”nda, Beynəlxalq Muğam Mərkəzində, Akademik Musiqili Teatrında təşkil olunacaq. Festival çərçivəsində cazla bağlı maraqlı filmlərin nümayişi, seminarlar, sərgilər olacaq. Festivala oktyabrın 27-də “Rotunda Caz Klubun”da yekun vurulacaq.

Qeyd edək ki, Bakı Beynəlxalq Caz Festivalı 2005-ci ildən keçirilir. Festivalda həm xarici, həm də yerli caz ulduzları iştirak edir. Bakı Beynəlxalq Caz Festivalı 2017-ci ildən “European Jazz Network” təşkilatının üzvüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR