Bu il Azərbaycanda 75 nəfər vətəndaşlığa qəbul edilib

Bu il Azərbaycanda 75 nəfər vətəndaşlığa qəbul edilib
# 18 iyul 2019 11:54 (UTC +04:00)

"Bu ilin 6 ayı ərzində Azərbaycanda 75 nəfər vətəndaşlığa qəbul edilib".

APA xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin 6 aylıq yekunlarına həsr olunan mətbuat konfransında Xidmət rəisi, III dərəcəli dövlət miqrasiya xidmət müşaviri Vüsal Hüseynov bildirib.

Xidmət rəisi qeyd edib ki, bu il daimi yaşamaq üçün icazələrin sayında 31 faiz azalma müşahidə olunub: "Qeyd edək ki, bu icazələrin alınması üçün əsasən Gürcüstan, Rusiya, Türkiyə, İran, Ukrayna və digər ölkələrdən müraciətlər daxil olub. Daimi yaşamaq üçün ümumilikdə 1694 nəfərə icazə verilib. Onlardan 347 nəfəri Gürcüstan, 225 nəfəri Rusiya, 95 nəfəri Türkiyə, 43 nəfəri Ukrayna və İran vətəndaşları olub".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR