Büdcə zərfinə daxil olan sənədlərin MM-də III oxunuşda müzakirə ediləcəyi tarix müəyyənləşib

Büdcə zərfinə daxil olan sənədlərin MM-də III oxunuşda müzakirə ediləcəyi tarix müəyyənləşib
# 15 noyabr 2019 13:31 (UTC +04:00)

Milli Məclisdə büdcə zərfinə daxil olan sənədlərin II və III oxunuşda müzakirə olunacağı tarix məlum olub.

APA-nın xəbərinə görə, büdcə zərfinə daxil olan sənədlər II oxunuşda noyabrın 26-da, sonuncu oxunuşda isə parlamentin noyabrın 29-da keçirilməsi nəzərdə tutulan plenar iclasında müzakirə ediləcək.

Büdcə zərfinə "2020-ci il dövlət büdcəsi haqqında”, "2020-ci il üçün yaşayış minimumu haqqında”, "2020-ci il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il üçün xərclər smetası haqqında”, “Hesablama Palatasının 2020-ci il üçün xərclər smetası haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il üçün dövlət büdcəsi haqqında” qanun layihələri daxildir.

Qeyd edək ki, Milli Məclisin noyabrın 12, 13 və 14-də keçirilmiş plenar iclaslarında büdcə zərfinə daxil olan sənədlər I oxunuşda müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR