Nazir: “Peşə təhsili sistemində diaqnostik qiymətləndirmədən keçməyən müəllim qalmayacaq”

Nazir: “Peşə təhsili sistemində diaqnostik qiymətləndirmədən keçməyən müəllim qalmayacaq”
# 17 oktyabr 2019 17:31 (UTC +04:00)

Təhsil naziri Ceyhun Bayramov Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirilən mətbuat konfrasında peşə təhsili sistemində fəaliyyət göstərən müəllimlərin diaqnostik qiymtləndirmədən keçməsi məsələsinə münasibət bildirib.

APA-nın məlumatına görə, nazir bildirib ki, diaqnostik qiymətləndirmə ilkin olaraq ümumtəhsil məktəblərində fəaliyyət göstərən müəllimlərə şamil olunurdu:

“2018-ci ildən başlayaraq diaqnostik qiymətləndirmə peşə məktəblərində fəaliyyət göstərən müəllimlərə də aid edilir. Düşünürəm ki, 2019-cu ilin sonunadək peşə təhsili sistemində diaqnostik qiymətləndirmədən keçməyən müəllim qalmayacaq. Bu proses davam etdirilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR