Əcnəbi tələbələrin Azərbaycanın ali məktəblərinə qəbulu məsələsinə aydınlıq gətirilib

Əcnəbi tələbələrin Azərbaycanın ali məktəblərinə qəbulu məsələsinə aydınlıq gətirilib
  • Clock-gray 16:27
  • calendar-gray 01 İyul 2020

Əcnəbi tələbələrin Azərbaycanın ali təhsil müəssisələrinə qəbulu məsələsinə aydınlıq gətirilib. 

APA-nın məlumatına görə, “2019-2023-cü illərdə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili və ikili diplom proqramlarının təşkili, eyni zamanda UFAZ-da magistratura proqramının həyata keçirilməsi ilə bağlı keçirilən onlayn mətbuat konfransında Təhsil Nazirliyinin “2019-2023-cü illərdə Dövlət Proqramı”nın İdarəetmə Qrupunun rəhbəri səlahiyyətlərini müvəqqəti icra edən, Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun müdiri Müjdat Həsənov bildirib ki, əcnəbi tələbərin Azərbaycan ali təhsil müəssisələrinə qəbulu Nazirlər Kabinetinin 125 nömrəli qərarındakı qaydalara uyğun həyata keçirilir: “Əcnəbi tələbələrin bakalavr səviyyəsinə qəbulu hər il sentyabr 30-na qədər həyata keçirilir. Magistratura üçün qəbul isə sentyabr və yanvarda həyata keçirilir. Təhsil Nazirliyi o tarixlərə uyğun qəbul aparır”.

 

Günay Elşadqızı

Digər xəbərlər