Əcnəbilərin qeydiyyat, daimi və müvəqqəti yaşama ilə bağlı müraciətlərinin 98 faizinə müsbət cavab verilib

Əcnəbilərin qeydiyyat, daimi və müvəqqəti yaşama ilə bağlı müraciətlərinin 98 faizinə müsbət cavab verilib
# 09 aprel 2020 16:55 (UTC +04:00)

Keçən il əcnəbilərin olduğu yer üzrə qeydiyyatı, müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşama icazələri ilə bağlı statistik göstəricilər açıqlanıb.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında icmal hesabatda əksini tapıb.

Sənədə əsasən, olduğu yer üzrə qeydiyyatla əlaqədar 680 min 546 müraciət olub, həmin müraciətlərdən 672 min 196-na (98%) müsbət cavab verilib. Müvəqqəti olma müddətinin uzadılması ilə əlaqədar 518 müraciətdən 502-i (96%), müvəqqəti yaşamaq üçün icazə ilə əlaqədar 45 min 837 müraciətdən 43 min 912-i (95%), daimi yaşamaq üçün icazə ilə əlaqədar 3 min 150 müraciətdən 2 min 28-i (64%) müsbət cavablandırılıb. Ümumilikdə, cəmi 730 min 51 müraciətdən 718 min 638-i (98%) müsbət həllini tapıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR