Coğrafiya İnstitutu ölkədə 60% quraqlıq müşahidə olunduğunu açıqlayıb

Coğrafiya İnstitutu ölkədə 60% quraqlıq müşahidə olunduğunu açıqlayıb
  • Clock-gray 18:33
  • calendar-gray 21 Oktyabr 2019

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov son dövrlər Azərbaycanda 60% quraqlığın müşahidə olunduğunu bildirib.

APA-nın xəbərinə görə, UNEC-də “Elm həftəsi” çərçivəsində keçirilən tədbirdə çıxış edən akademik deyib ki, Azərbaycanda su təhlükəsizliyi qlobal miqyasda başlıca problemlərdən biridir.

“Azərbaycanda su ehtiyatlarının və yeni su mənbələrinin artırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir”, - deyə R. Məmmədov vurğulayıb.

Əsmər Qabil

Digər xəbərlər

Arxiv

date