Cüdo üzrə beynəlxalq "Təhsil Kuboku"na start verilib

Cüdo üzrə beynəlxalq "Təhsil Kuboku"na start verilib
# 12 oktyabr 2019 14:20 (UTC +04:00)

Oktyabrın 12-də Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, həmçinin Azərbaycan Cüdo Federasiyasının dəstəyi və 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında cüdo üzrə beynəlxalq “Təhsil Kuboku”na start verilib.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, oktyabrın 13-də yekunlaşacaq yarışda Sloveniya, Macarıstan, Ukrayna, Özbəkistan, Qazaxıstan, Latviya, Niderland, İraq, Rusiya, Gürcüstan, Türkiyə və Azərbaycan daxil olmaqla ümumilikdə 12 ölkə təmsil olunur. Yarışda 1 000-dən artıq cüdoçu mübarizə aparacaq.

Yarışda 2000-2002-ci il təvəllüdlü gənclər və 2003-2005, 2006-2007-ci il təvəllüdlü yeniyetmələr iştirak edir. Hər üç yaş qrupu üzrə 27 çəki dərəcəsində mübarizəni bitirdikdən sonra cüdoçular 14-15 oktyabr tarixlərində 2 günlük təlim-məşq toplantısına qatılacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR