Deputat: "Məktəblərin ətrafında uşaqlara siqaret, araq satılır"

Deputat: "Məktəblərin ətrafında uşaqlara siqaret, araq satılır"
  • Clock-gray 14:14
  • calendar-gray 22 Oktyabr 2019

"Uşaqların, gənclərin qumar oyunlarından qorunması istiqamətində cəmiyyət bizdən dəstək gözləyir”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında millət vəkili Qənirə Paşayeva bildirib.

Onun sözlərinə görə, qumar oyunlarına artan meyllə bağlı həyəcan siqnalı verilməlidir: “Uşaqların tütün məhsullarının təsirindən qorunması ilə bağlı qanun qəbul etmişik.  Amma məktəblərin ətrafında uşaqlara siqaret, araq satılır. Eyni zamanda, enerji içkiləri telekanallarda reklam olunur. Qanunların icrasına diqqət yetirməliyik”.

Ramiz Mikayıloğlu

Digər xəbərlər

Arxiv

date