Diaqnostik qiymətləndirilməsi aparılmayan müəllimlərin maaşları məlum olub

Diaqnostik qiymətləndirilməsi aparılmayan müəllimlərin maaşları məlum olub
  • Clock-gray 11:51
  • calendar-gray 11 Sentyabr 2019

Dövlət ümumi təhsil müəssisələrində çalışan, lakin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmayan müəllimlərin maaşları məlum olub. 

APA-nın xəbərinə görə, Nazirlər Kabinetinin müvafiq qərarında etdiyi dəyişikliyə əsasən, dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmayan müəllimlərin aylıq vəzifə maaşı bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin aylıq vəzifə maaşından 25 faiz aşağı müəyyən edilib.

Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmayan müəllimlərin aylıq vəzifə maaşları aşağıdakı kimidir:

  

Sıra

№-si

Təhsili

Bir stavka dərs yükü 18 saat olmaqla, aylıq vəzifə maaşı (manatla)

pedaqoji staj 3 ilə qədər olduqda

pedaqoji staj 3 ildən 8 ilə qədər olduqda

pedaqoji staj 8

ildən 13 ilə qədər olduqda

pedaqoji staj 13 ildən 18 ilə qədər olduqda

pedaqoji staj 18 ildən çox olduqda

1.

Ali təhsilli

345

371

390

416

446

2.

Orta ixtisas təhsilli

315

334

345

368

382

 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date