Diaqnostik qiymətləndirilməsi aparılmış peşə təhsili müəssisələrində direktorların və direktor müavinlərinin maaşı artırılıb

Diaqnostik qiymətləndirilməsi aparılmış peşə təhsili müəssisələrində direktorların və direktor müavinlərinin maaşı artırılıb
  • Clock-gray 22:56
  • calendar-gray 10 Sentyabr 2019

Nazirlər Kabineti “Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında” qərarında dəyişiklik edib.

APA-nın məlumatına görə, qərara əsasən, müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət peşə təhsili müəssisələrinin direktorlarının, direktor müavinlərinin, baş mühasiblərinin və dərs hissə müdirlərinin aylıq vəzifə maaşlfrə artırılıb.

Beləliklə, müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət peşə təhsili müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı 550 manatdan 660 manata, direktorun müavinlərinin, baş mühasiblərinin aylıq vəzifə maaşı 495 manatdan  595 manata və dərs hissə müdirlərinin aylıq vəzifə maaşı 440 manatdan 530 manata qaldırılıb.

Bu qərar 2019-cu il sentyabrın 1-dən  tətbiq edilir.

Ramiz Mikayıloğlu

Digər xəbərlər

Arxiv

date