DİM Bakıda beynəlxalq konfrans keçirəcək

DİM Bakıda beynəlxalq konfrans keçirəcək
# 19 sentyabr 2019 15:26 (UTC +04:00)

Sentybarın 22-dən 27-dək Bakıda Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın "Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həll yolları" mövzusunda 45-ci illik konfransı keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən APA-ya verilən məlumata görə, 2019-cu il sentybarın 22-dən 27-dək Bakı şəhərində Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA: International Association for Educational Assesment) "Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həll yolları" mövzusunda 45-ci illik beynəlxalq konfransı keçiriləcək.

Beynəlxalq konfransın Azərbaycanda təşkilatçısı Dövlət İmtahan Mərkəzidir.

Dövlət İmtahan Mərkəzi IAEA-nın üzvüdür və bu təşkilatın keçirdiyi tədbirlərdə mütəmadi olaraq iştirak edir. IAEA 1975-ci ildən başlayaraq hər il bu cür konfranslar keçirir. Ötən il konfrans İngiltərədə keçirilib. Qeyd edək ki, Azərbaycan hələ 2007-ci ildə MDB ölkələri arasında IAEA tərəfindən belə bir konfrans keçirilən ilk ölkə olub. Bu il keçirilən konfrans artıq ikinci dəfədir ölkəmizdə təşkil olunur.

Konfransın işində Azərbaycanla birgə 43 ölkədən – Böyük Britaniya, ABŞ, Honq-Konq, Niderland, Norveç, Avstraliya, İsrail, Rusiya, Ukrayna, Litva, Malta, İran, Çin, Qazaxıstan, Gürcüstan, Bosniya Herseqovina, Belarus,Tacikistan, Qırğızıstan, Özbəkistan, Tayland, Malayziya, Səudiyyə Ərəbistanı, Meksika, Barbados, Çili, Cənubi Afrika Respublikası, Qana, Keniya, Uqanda, Nigeriya, Liberiya, Zimbabve, Qambiya, Syerra-Leone, Pakistan, Svaziland, Zambiya, Malavi, Hindistan, Lesoto, Omandan 300-dən artıq nümayəndənin iştirakı nəzərdə tutulur.

Konfransda təhsilin qiymətləndirilməsi üzrə aparıcı tədqiqatçıların (keynote speakers) mühazirələri ilə yanaşı sentyabrın 22-si və 27-də praktiki məşğələlər (Pre and Post-Conference Workshops) də keçiriləcək.

Konfransın rəsmi açılış mərasimi sentyabrın 23-də saat 9.00-da Fairmont Baku otelində keçiriləcəkdir. Daha sonra konfrans otelin müxtəlif zallarında bölmələr üzrə işini davam etdirəcəkdir. Bölmələrin işi sessiyalara bölünür. Hər gün əsas məruzəçilərin çıxışından sonra sessiyalar fəaliyyətə başlayır və saat 17.30-dək işlərini davam etdirirlər. Sessiyalar qərar qəbuletmə, ali təhsil, qiymətləndirmə sistemləri, standartları, metodları, strategiyaları, diaqnostik qiymətləndirmə, psixoloji qiymətləndirmə, sinif qiymətləndirməsi, dilin qiymətləndirilməsi, qiymətləndirmə sistemlərinin yoxlanılması, qiymətləndirmə islahatları, müəllim hazırlığı və qiymətləndirmə, ibtifai təhsildə test, validlik, keyfiyyətli test zəmanəti və s. mövzuları əhatə edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR