DİN Naxçıvan sakinlərinə müraciət edib

DİN Naxçıvan sakinlərinə müraciət edib
# 12 noyabr 2019 16:15 (UTC +04:00)

Daxili İşlər Nazirliyinin (DİN) fəaliyyətinin bütün istiqamətlərində vətəndaşlara yüksək standartlara uyğun xidmətin göstərilməsi üçün zəruri tədbirlər davam etdirilir.

Bu barədə APA-ya DİN-in mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyatda olan, lakin paytaxtda və respublikanın digər şəhər və rayonlarında müvəqqəti və ya daimi yaşayan vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi məqsədi ilə 2019-cu ilin noyabr ayının 15-dən dekabr ayının 5-dək Bakı şəhəri, Nərimanov rayonu Mirzəbala Məmmədzadə küçəsi 46 ünvanında yerləşən Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyində səyyar xidmət keçiriləcəkdir.

Yeni şəxsiyyət vəsiqəsi almaq və ya dəyişmək istəyən Naxçıvan MR-də yaşayış yeri üzrə qeydiyyatda olan vətəndaşlar hər gün (bazar günləri istisna olmaqla) yuxarıda qeyd olunan ünvana müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR