Ədliyyə Nazirliyinin Tibb bas idarəsinə qoruyucu vasitələr təhvil verilib

Ədliyyə Nazirliyinin Tibb bas idarəsinə qoruyucu vasitələr təhvil verilib
# 15 iyul 2020 19:41 (UTC +04:00)

Səhiyyə Nazirliyi ölkədə COVID-19-la mübarizənin ön cəbhəsində fəaliyyət göstərən tibb müəssisələrinə fərdi qoruyucu vasitələrin paylanmasına başlayıb.

Bu barədə APA-ya ÜST-dən bildirilib. Məlumata görə, bu zəruri tibbi ləvazimatlar Avropa İttifaqının maliyyə dəstəyi ilə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təmin olunub.

Bildirilib ki, keçən həftə bu tibbi ləvazimatlar uzun illərdir həbsxanada məhkumlara tibbi xidmət göstərən Ədliyyə Nazirliyinin Tibb baş idarəsinə təhvil verilib.

Bu institut vərəm və çoxsaylı dərmanlara davamlı vərəm xəstəliyi ilə mübarizə ilə məşğuldur.

Sözügedən tibbi ləvazimatlar müəssisədəki tibb işçilərinin, yardımçı heyətin və məhkumların qorunmasına kömək edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR